Bakıda “BreakBulk Caspıan”- Nəqliyyat, Tranzit və Logistika üzrə 1-ci Beynəlxalq konfrans keçirilib. Konfransda 20-ə yaxın ölkədən nümayəndə iştirak edib. Tədbirdə Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunda daha möhkəm işgüzar əlaqələrin qurulmasında maraqlı olan aparıcı yükdaşıma şirkətləri, ekspeditor, liman və terminalların nümayəndələri bir araya gəliblər. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində regional nəqliyyat-logistika mərkəzi kimi rolu diqqət mərkəzində olub. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin nümayəndələri də iştirak ediblər. Şirkətin əməkdaşı Cavid Həbibov çıxış edərək, dəmir yolu ilə yük daşımalarında Azərbaycanın tranzit imkanları barədə tədbir iştirakçılarına məlumat verib. Azərbaycandan keçən nəqliyyat dəhlizləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin imkanları və həyata keçirilən infrastruktur layihələri barədə danışıb.