Çinin Lyanyunqanq şəhərindən Azərbaycana yola salınan konteynerlərdən ibarət ilk blok qatarı artıq Abşeron Logistika Mərkəzinə çatıb. Çindən Azərbaycana dəmir yolu vasitəsilə konteyner daşımalarının operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir. Konteynerlərin Lyanyunqanqdan Bakiya çatdırılması 20 gün təşkil edib.