Koronavirusla bağlı son epidemioloji vəziyyətin dünya ölkələrinin iqtisadiyyatına, o cümlədən ticarət əlaqələrinə mənfi təsirlərinin azaldılması məqsədilə bir çox ölkələrin nəqliyyat-logistika şirkətləri yüklərin daha çox dəmir yolu ilə daşınması üçün tədbirləri gücləndirib. Belə ki, beynəlxalq yükdaşımalar zamanı digər yerüstü nəqliyyat vasitələrindən fərqli olaraq dəmir yolu ilə yükdaşımalarda dəfələrlə az sayda insan əməyindən istifadə olunur və bununla da sərhədləri keçən sürüclərin sayı, eləcə də yoluxma risqi minimal olur.
ADY Konteyner ölkəmizdəki epidemioloji vəziyyətin və ictimai sağlamlığın qorunmasına öz töhfəsini vermək məqsədilə bu qlobal səylərə qoşulur. Regiondakı epidemioloji vəziyyətlə bağlı məhdudiyyətlərə baxmayaraq, ADY Konteyner region ölkələrindəki tərəfdaşları ilə birgə səylər nəticəsində yükdaşımaları əvvəlki qaydada davam etdirir.
ADY Konteyner nəqliyyat-logistika şirkətlərinə, ixracatçılara və idxalatçılara təhlükəsiz hesab olunan dəmir yolu ilə əlverişli şərtlərlə öz xidmətlərini təklif edir. Ölkəmizin ixrac imkanlarının gücləndirilməsi məqsədilə xüsusilə ixrac istiqamətində daşınan yüklərə şirkət tərəfindən ən əlverişli şərtlər tətbiq olunur.
Avrasiyanın istənilən nöqtəsindən idxal, ixrac və tranzit yüklərinin daşınması ilə bağlı suallarınızı aşağıdakı əlaqə vasitəsilə bizə bildirə bilərsiniz.
E-poçt: sales@adycontainer.com
Tel.: + 994 51 225 11 21
+ 994 12 599 66 16