Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan üzərindən konteynerlərin daşınmasını həyata keçirən operator “ADY Konteyner” MMC – dir. Bu, 2017 – ci il, sentyabrın 8 – də, Ukraynanın Odessa şəhərində baş tutan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi iclasında qəbul edilən sənəddə öz əksini tapıb. Sənədə əsasən, Azərbaycan Dəmir Yolları QSC – nin törəmə şirkəti olan “ADY Konteyner” MMC – nin Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun üzvləri sırasına daxil edilməsi barədə qərar qəbul edilib. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola çıxan 32 konteynerdən ibarət ilk yük qatarının Azərbaycan üzərindən ekspeditoru da məhz “ADY Konteyner” MMC -dir.