Skip to main content
Xəbərlər

Konteynerlərlə daşınan idxal-ixrac yüklərinin həcmi artıb

By Oktyabr 17, 2023No Comments
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC bu ilin 9 ayı ərzində konteynerlərlə daşınan idxal və ixrac yüklərinin həcmində artıma nail olub. Belə ki, 2023-cü ilin 9 ayı ərzində konteynerlərlə idxal yüklərinin nəqli 8059 TEU təşkil edib. 2022-ci ilin eyni dövründə isə bu göstərici 5356 TEU olub.
Beləlikə, idxal rejimində konteynerlərlə yükdaşımalarda 50 faiz artım qeydə alınıb. İdxal olunan yüklərin sırasında əsasən müxtəlif sənaye, kimya sənayesi məhsullarını, əlvan metallurgiya, tikinti materialları, nəqliyyat vasitələri və onların ehtiyyat hissələrini qeyd etmək olar.
Konteynerlərlə daşınan İxrac yüklərinin nəqlinə gəlincə, 2023-cü ilin ilk 9 ayı ərzində “ADY Konteyner” MMC 11 306 TEU yük daşıyıb. 2022-ci ilin eyni dövründə bu rəqəm 4609 TEU təşkil edib. Bu da 145 faiz artım deməkdir. Nəql olunan ixrac yönümlü yüklər sırasında əlvan metallurgiya, sənaye, kimya sənayesi məhsulları üstünlük təşkil edir.