Dünya miqyasında logistika

sadə saf dürüst təhlükəsiz eko sizlər üçün

Məhsullarımızın və xidmətlərimizin keyfiyyətini artırırıq və müştərilərin gözləntilərini davamlı olaraq qarşılayırıq

“ADY Konteyner” MMC Almaniyanın “TÜV Thüringen e.V.” şirkətinin “İSO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi standartına uyğun olduğunu təsdiq edən sertifikatını alıb. “İSO 9001-2015” sertifikatı idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən ən müasir beynəlxalq standartların tətbiqini nəzərdə tutur. Bura sənədləşmə, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyəti prosesinin təkmilləşdirilməsi, daxili audit sisteminin formalaşdırılması, daxili audit kadrlarının yetişdirilməsi aiddir.