Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan yola düşüb

Azərbaycan üzərindən keçməklə Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan Tbilisiyə yola salınıb.
Qatar 56 konteynerdən ibarətdir. Bu yükdaşıma Maersk və MSC şirkətlərinin sifarişi əsasında həyata keçirilir. Konteynerlər Aktau – ƏLət fider xətti ilə Bakı limanına çatdırılıb. Onlardan  41-i Sian,  15-i isə Çinqdao şəhərindən yola salınıb. Qatarın  yükü, əsasən, avtomobil şinləridir.
Qatar artıq Bakıdan Tbilisiyə yola salınıb. Konteynerlərin sabah Tbilisiyə çatacağı gözlənilir.
Layihə  Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC  və “GR Logistics and Terminals”-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilr.